Çində 2700 il əvvələ aid üz kremi tapıldı – FOTO

Çinin Liuciava bölgəsində aparılan arxeoloji qazıntılar nəticəsində eradan əvvəl 771-446-cı illərə aid olduğu təxmin edilən üz kreminin qalıntıları aşkarlanıb.

Yenicag.az xəbər verir ki, arxeoloji qazıntıların aparıldığı bölgədə 2 min 700 il əvvələ aid zadəgan məzarından saxsı qabın içində üz kremi qalıqları aşkar edilib.

Məzardan üz kremi ilə yanaşı müxtəlif bürünc silah əşyaları da tapılıb.

Araşdırmaçılar tapılan üz kreminin heyvan yağı, süd və kirəcdən hazırlandığını bildiriblər.