Çində 5,1 bal gücündə zəlzələ

Çində 5,1 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın Çin Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Çendu rayonunda, ocağı isə 21 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.