Çində baş vermiş zəlzələnin təfərrüatları məlum oldu

Çinin Sıçuan vilayətinin Veyuan qəzasında baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, xəsarət alanların sayı 53 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumatda bildirilir ki, 14 yaralıya zəruri tibbi yardımlar göstərilib və onlar səhiyyə müəssisələrini tərk ediblər. Onlardan birinin vəziyyəti ağırdır. Digər xəsarət alanların həyatı üçün təhlükə yoxdur.

Təbii hadisənin fəsadlarının aradan qaldırılmasına 4,8 min nəfər cəlb edilib. Xilasedicilər təhlükəli ərazilərdən 823 nəfəri təxliyə ediblər.

Zəlzələ 86 evi dağıdıb, ümumilikdə isə 194 evə, 2,1 min binaya ciddi və yüngül zərər dəyib.