Bina uçdu – 15 nəfər öldü, 5 nəfər itkin düşdü

Çinin şimalındakı Şansi əyalətində Linfen şəhərində bir neçə yaşayış binasının uşması nəticəsində 15 nəfər ölüb.

Yenicag.az-in məlumatına görə, daha 5 nəfər itkin düşüb.

Hadisə yerli vaxtla saat 18:00-da baş verib. Yer sürüşməsi nəticəsində iki yaşayış binası uçub. İtkin düşənlərin axtarışları davam etdirilir./Trend/