Çində ölkənin sənaye və informasiya texnologiyaları naziri Jin Zhuanglong iki aydır ictimaiyyət qarşısına çıxmır.
Yenicag.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat dərc edib.
Jurnalistlər qeyd ediblər ki, Jin keçən il dekabrın sonundan bəri hökumətin iclaslarına çıxmayıb. Qeyd olunur ki, o, əvvəllər mütəmadi olaraq iclaslara qatılıb.
Bildirilir ki, İnformasiya Texnologiyaları Nazirliyinin internet saytında fevralın 28-dən Liaonin əyalətinin keçmiş qubernatoru Li Leçenq departament rəhbəri kimi göstərilib.
Bundan əvvəl də 2023-cü ilə Çinin xarici işlər naziri itkin düşmüşdü. Daha sonra məlum olub ki, nazir işdən çıxarılıb.