Çində daşqınlar 19 can aldı

Çinin cənubundakı Quandun əyalətində bir neçə gündür ki, güclü yağışlar davam edir.

Yenicag.az xəbər verir ki, daşqınlar nəticəsində 19 nəfər ölüb, 3 nəfər isə itkin düşüb.

Daşqınlar ümumilikdə 357 mindən çox sakinə ziyan vurub. 50 min hektara yaxın əkin sahəsi məhv edilib.