Çində dəhşət – 11 nəfər öldü, 21 nəfər dağıntı altında qaldı

Martın 7-də Çinin Fujian əyalətinin Kuanjou şəhərindəki çökən 7 mərtəbəli “Xinjia Express” mehmanxanasının dağıntıları altında 21 nəfər qalıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, xilasedicilər tərəfindən binanın dağıntıları altından 50 nəfər çıxarılıb, onlardan 11-i ölüb.

Dağıntılar altından qalanların xilas edilməsi əməliyyatında mindən artıq yanğınsöndürən, polis, hərbi və tibb işçisi iştirak edir.

Qeyd edilib ki, mehmanxana koronavirusa yoluxanların karantini üçün istifadə edilirdi.

 

COP29