Çində dəhşət: baş verən yanğında 8 nəfər öldü

Çində güclü yanğın hadisəsi olub.

Yenicag.az  TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Yunnan vilayətinin Kunmin şəhərində baş verib.

Hadisə zamanı 8 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb.

Polisin məlumatına görə, üç nəfər alovdan xilas olmaq üçün hündürlükdən atılıb. Aldıqları xəsarətdən hadisə yerində ölüb.

Yaralılara ilk tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə şəraiti müəyyənləşdirilir.