Çində dəhşət – Ölümcül virus qurbanlarının sayı 3000-ə çatır

Çində yeni koronavirus qurbanlarının sayı 2912 nəfərə çatıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün ərzində Hubey əyalətində 202 yeni yoluxma hadisəsi aşkarlanıb, 2837 nəfər xəstəxanadan buraxılıb, 42 nəfər isə ölüb.

Bu ölkədə ölümcül virusa ümumiyyətlə 80,026 nəfər yoluxub, onlardan 44 462 nəfəri sağalıb.