Çinin dövlət müstəqilliyinin 70-ci ildönümü ərəfəsində ölkəni bürüyən etiraz dalğasının yatırılması üçün güc tətbiq edilir.
Yenicag.az xəbər verir ki, “South China Morning Post” nəşri Honq-Koqda keçirilən etiraz aksiyasında iştirak edən 18 yaşlı gəncin odlu silahla vurulmasına dair məlumat yayıb.
Lakin hadisəyə münasibət bildirən Honq-Konqun rəsmi şəxsləri nümayişçilərə qarşı atəş açılmasını polisin xəbərdarlığına məhəl qoyulmaması ilə əlaqələndiriblər.
Məlumata əsasən, nümayişçilərin gülləbaran edilməsi nəticəsində 32 nəfər yaralanıb.
Firuzə Alimova