Çində güclü yanğın

Çinin liman şəhəri olan Tinecində neft bazasında güclü yanğın baş verib.

Yenicag.az xarici KİV-lərinə istinadla xəbər verir ki, hadisə Binxay zonasındakı sənaye parkında başlayıb. Hazırda hadisə yerində yanğınsöndürən dəstələr yanğını nəzarət altına almağa çalışır.

Hələlik insan tələfatı barədə məlumat yoxdur.