Çində güclü zəlzələ oldu

Çində güclü zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, yeraltı təkanlar Çinin şimal-qərb vilayəti olan Qansu əyalətində 5,5 maqnituda qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar haqqında hələlik məlumat yoxdur.