Çində güclü zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, 5,7 bal gücündə zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb.
Çinin Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:50-də Sunyuan şəhərində qeydə alınıb. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.