Çində koronavirus qurbanlarının sayı 213 nəfərə çatdı

Çində koronovirusdan ölənlərin sayı 213-ə, yoluxanların sayı isə 9692-yə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti bildirib.

Məlumata görə, birinci yeri Hubey əyaləti tutur. Burada 5,8 mindən çox insan virusa yoluxub, 204 nəfər ölüb.

Çejiang – 428 yoluxma, Quanqdonq – 354 yoluxma və Henan – 278 yoluxma və iki ölüm faktı qeydə alınıb.

Pekində virusa 121 nəfər yoluxub, onlardan biri ölüb. Heilonqciang əyalətində 44 yoluxub, onlardan ikisi ölüb.