Çində koronavirus qurbanlarının sayı artdı

Çində koronavirus qurbanlarının sayı artıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusdan ölənlərin sayı 3 012 nəfərə çatıb. Virusa yoluxmuş 52 mindən çox ölkə vətəndaşı sağalıb. Hazırda Çin Xalq Respublikasında virusa yoluxanların sayı 80,4 min nəfərə çatıb.

Çərşənbə günü ölkədə 80,2 min nəfərin koronavirusa yoluxduğu, 2 981 nəfərin virusdan öldüyü, 49,8 min nəfərin sağaldığı xəbər verilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub./Report/

COP29