Çində koronavirusa yoluxanların sayı 80 mini keçib

Son bir gündə Çində yeni növ koronavirus qurbanlarının sayı 14 nəfər, yoluxanların sayı isə 16 nəfər artıb, daha 838 nəfər müalicə olunaraq xəstəxanalardan evə buraxılıb.

Yenicag.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə İşləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Məlumata görə, Çində virusa yoluxanların ümumi sayı 80860 nəfərə çatıb, 67490 sağalıb, 3213 nəfər ölüb.

Komitədən verilən məlumata görə, son 24 saat ərzində Hubey əyalətində dörd yeni yoluxma hadisəsi aşkarlanıb, hamısı inzibati mərkəz olan Uhan şəhərində qeydə alınıb.

Hubeydə ölənlərin sayı son bir gündə 14 nəfər artaraq 3099-a çatıb. Əyalətdə baş verənlərin sayı 55094-ə çatıb./APA/