Çində koronavirusdan ölüm halı qeydə alınmayıb

Son 24 saat ərzində Çinin materik hissəsində COVID-19-dan dünyasını dəyişən olmayıb. Lakin, yeni növ koronavirusa yoluxanların sayı 46 nəfər artaraq 1 107-yə satıb.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə İşləri Dövlət Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində xəstəxanalarda müalicə alan 76 nəfər sağalıb. Buna baxmayaraq, idxal olunan koronavirusa yoluxma halı 1 534-ə çatıb, onlardan 636-sı sağalıb.

Bütövlükdə ölkədə koronavirusa yoluxanların 94,5% -i sağalıb, pnevmoniyadan rəsmi ölüm nisbəti 4% -dir (3,3 mindən çox insan).

Hökumət gücləndirilmiş təhlükəsizlik tədbirlərini həyata keçirir. İctimai yerlərdə davranışı tənzimləyən xüsusi qaydalar mövcuddur.

Milli Statistika Komitəsi koronavirusa yoluxsa da virusun simptomları və yaratdığı xəstəlik aşkar edilməyən 1 032 nəfəri qeydə alıb. Həmin şəxslərin 64-ü son 24 saat ərzində sağalıb.

COP29