Çində koronavurisdan ölənlərin sayı artıb

Çində koronavirus qurbanlarının və virusdan qurtulanların sayı növbəti dəfə artıb.

Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə,  ölənlərin sayı 2 592 nəfərə çatıb, 24 734 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Gün ərzində virusdan 150 ölüm hadisəsi qeydə alınıb, 1 846 nəfər evə buraxılıb. Hazırda Çində 77 150 nəfər virus daşıyıcısı var.