Çində koronovirus 80 can aldı

Çində koronavirusun 2019-nCoV növündən ölənlərin sayı artıb.

Yenicag.az-ın məlumatına görə, virusdan ölənlərin sayı 80 nəfərə çatıb, yoluxanların sayı isə 2,4 min nəfəri ötüb.

Ən çox yoluxma halı mərkəzi Hubei əyalətində qeydə alınıb. Məlumata görə, Hubei əyalətində 76 nəfər yoluxub.

Bunun ardınca Quandun (cənub) və Çşetzian (şərqdə) əyalətləri gəlir.

Pekində 68 nəfərin, Rusiya ilə sərhəddə yerləşən Xeyluntzian vilayətində isə 16 nəfərin virusa yoluxması təsdiqlənib. Onlardan biri ölüb.

Qeyd edək ki, Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xarici qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib.

COP29