Çində mədəndə qəza – Ölənlər var

Çinin şərqindəki Futszyan əyalətində kömür mədənində qəza baş verib.

Tren-in məlumatına görə, hadisə nəticəsində 5 mədənçi həlak olub, 1 nəfər yaralanıb. 1 nəfərin isə axtarışları aparılır.

Qəza zamanı mədəndə 9 nəfər olub.

Müəssisənin direktoru saxlanılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.