Çində ölümcül virusun qurbanlarının sayı açıqlandı

Çində yeni növ COVİD-19 koronavirusundan ölənlərin sayı 3119 nəfərə çatıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, tən sutka ərzində Çində 40 yeni yoluxma, 22 ölüm halı qeydə alınıb, 1535 nəfər isə sağalıb.

Çində yeni koronavirusa ümumilikdə 80735 nəfər yoluxub, 58600 nəfər isə sağalıb.