Çində qasırğa: 11 ölü, 100-dən çox yaralı var

Çinin Tzsansu əyalətinin Nantun şəhərində güclü qasırğa baş verib.

Yenicag.az xəbər verir ki,  leysan və dolu ilə müşayiət olunan təbii fəlakət nəticəsində 11 nəfər ölüb, 100-dən çox adam xəsarət alıb. Qasırğa nəticəsində ağaclar evlərin üzərinə aşıb, elektrik dirəkləri qırılıb. 3050 nəfər təcili təxliyyə olunub.

Qeyd edək ki, 11 nəfər balıqçı qayığının güclü külək səbəbindən aşması nəticəsində həlak olub. Onlardan ikisinin cəsədi tapılıb.