Çində “Lekima” qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Yenicag.az xəbər verir. Məlumata görə, itkin düşənlərin sayı 16 nəfərdir. Hazırda itkin düşənlərin axtarışları davam etdirilir.
Ümumilikdə, qasırğa səbəbindən 1 milyondan çox insan təxliyə edilib.
“Lekima” hazırda şimal istiqamətində Şandun vilayətinə doğru hərəkət edir. Güman olunur ki, günün sonunda qasırğa vilayətin sahillərinə çatacaq qasırğa güclü külək və şiddətli yağışlar gətirəcək.