Çində qəribə ixtira: Bu qurğu pulu olub borcunu ödəməyənləri ifşa edəcək

Dünyanın yeni supergücü olmaq yolunda irəliləyən Çin qeyri-adi ixtira ilə diqqət çəkib.

Yenicag.az xəbər verir ki, ölkənin Hebeyi əyalətində istifadə ediləcək yeni mobil tətbiq vasitəsiylə xəritə üzərindən maddi vəziyyəti yaxşı olub borclarını ödəməyəcək şəxslər ifşa olunacaq.

Mobil tətbiq 500 metr yaxınlıqda olan bütün borclu şəxsləri ayırd edə biləcək.

Tətbiqin hansı məbləğdə borc qiymətlərini və necə göstərəcəyi açıqlanmayıb.

COP29