Çində qeyri-adi toy mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, Çinin şərqindəki Şandong əyalətində açıq havada keçirilən toy cəmi iki dəqiqə davam edib.
Toy məraismində cəmi 6 nəfər – bəy – Çjan Lun, gəlin – Çen Syao və onların valideynləri iştirak edib.
“Biz təmtərahlı mərasim keçirməyi qərarlaşdırırdıq. Lakin yaranmış vəziyyətlə əlaqədar biz toya qonaq çağırmamamağa və banket təşkil etməməyə qərar verdik. Bu mərasim bizə xeyli ucuz başa gəldi. Əsas odur ki, o mənim üçün doğru insandır”, – Çjan Lun deyib.
Toyu gəlinin atası aparıb və anası şəkilləri çəkib.
Qeyd edək ki, Çində yeni tip koronavirusun yayılması ilə əlaqədar sakinlərə evdə qalmağı və insanların kütləvi toplaşdığı yerlərdən çəkinməyi məsləhət görürlər.