Çində robot-elektromobillər buraxılacaq

“Baidu”-“Geely” müştərək müəssisəsi 2023-cü ildə robotlaşdırılmış elektrik avtomobilləri istehsal edəcək.

Yenicag.az xəbər verir ki, istehsal prosesi “Jidu Auto” birgə müəssisəsi tərəfindən həyata keçiriləcək.

“Baidu” şirkətinin baş direktoru Robin Linin sözlərinə görə, robot-elektromobillərin kütləvi istehsalına 2023-cü ildən etibarən başlanacaq.

7,7 milyard dollar investisiya hesabına başa gələn layihənin reallaşdırılmasına 2500-dən 3000-ə qədər işçi cəlb ediləcək.

Qeyd edək ki, robotlaşdırılmış elektromobillər öz süni intellekt sisteminə əsaslanaraq, əksər hallarda sürücünün müdaxiləsi tələb olunmadan müstəqil şəkildə qərarlar qəbul edir. Bu elektromobillər ilk baxışdan emosiyalarla təchiz edilmiş robot təəssüratı yaradır.