Çində sutka ərzində 89 nəfər koronavirusa yoluxub

Çində yeni növ koronavirusa daha 89 nəfər yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Bildirilir ki, yeni yoluxma hallarından 86-sı xarici ölkələrdən qayıdan yerli vətəndaşlarda aşkarlanıb. Ötən sutka ərzində ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Çində yeni növ koronavirsa ümumilikdə 82 249 yoluxma halı, 3 341 ölüm halı qeydə alınıb, 77 738 insan sağalıb.