Son sutka ərzində Çində 58 yeni koronavirusa yoluxma aşkar edilib.
Yenicag.az xəbıər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsinin rəsmi saytında bildirilib.
Məlumata görə, yoluxanlardan 16-sı aktiv və 42-si asimptomatik xəstədir.
Aktivlərdən 13-ü ölkə daxilində ÇXR Sincan Uyğur Muxtar Rayonunda, 3 aktiv və 12 asimptomatik xəstələr xaricdən gələnlərdir..
Qeyd edək ki, əvvəlki gün ərzində isə 22 aktiv , 14 asimptomatik xəstə olmaqla 36 yeni yoluxma halı aşkarlanıb.