!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çində torpaq sürüşməsi - 17 itkin

!Reklam – Yazi

Çində torpaq sürüşməsi nəticəsində ən az 17 nəfər itkin düşüb.

Yenicag.az xəbər verir ki,  hadisə çərşənbə günü yerli vaxtla saat 12:44-də Lianshan-İy Muxtar Vilayətinin Qanlo qəzasında baş verib.

Bildirilir ki, dağ süxurunun bir hissəsi gözlənilmədən Çendu (Sıçuanın inzibati mərkəzi) və Kunmin (Qonşu Yunnanın cənub-qərb əyalətinin inzibati mərkəzi) şəhərləri arasında dəmir yolunun sahəsinə dağılıb.

Dağıntılar altında qəza vaxtı ərazidə təmir işləri apara texniki personalın onlarla əməkdaşı qalıb. İndiyə qədər 11 nəfər xilas olunub.

Hadisə yerində təxminən 400 xilasedici və 14 ədəd texnika işləyir. Axtarış işləri davam edir.

www.yenicag.az

5532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv