Çinin cənub-qərbində yerləşən Yunnan şəhərində tikintisi davam edən tunel çöküb.
Yenicag.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 8 nəfər dağıntı altında qalıb.
Tuneldə xilasetmə işləri davam etdirilir. Hadisənin səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi açılıb.