Çində turistləri daşıyan avtobus yandı: 26 nəfər öldü

Çində turist avtobusu yanıb. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, yanğın zamanı 26 nəfər ölüb.

Hadisə baş verən avtobusda 56 nəfər olub, onlardan 53 nəfəri turist, 2 nəfər sürücü və bir bələdçi olub.

Sürücülər saxlanılıb, hadisənin səbəbləri araşdırılır.