Çində yeni koronavirusa yoluxanların sayı 849-a çatdı – 26 ölü

Çində yeni növ koronovirusa yoluxanların sayı 849-a çatıb.

Yenicag.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, yeni növ koronavirus 26 nəfərin ölümünə səbəb olub.

Yeni növ koronavirusa yoluxanlardan 177-nin vəziyyəti ağırdır, 34 nəfər isə artıq sağalıb.