!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çində YENİLİK - Tibbi maskalı insanların tanınması üçün SİSTEM

!Reklam – Yazi

Çində insanları maska, şərf və saxta saqqalda müəyyənləşdirən yenilənmiş sifətin tanınması sisteminin tətbiqinə başlanılıb.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, bu islahat koronavirusun yayılmasına görə əhalinin əksər hissəsinin tibbi maskalardan istifadə etməsi ilə izah olunur.

Koronavirus yayıldıqdan bir neçə həftə sonra Çində milyonlarla insan 95 nömrəli cərrahi maska və respirator taxmağa başlayıb. Bu, “SenseTime” süni intellekt istehsalçısının məhsullarının sifətin tanınması üçün adaptasiya olunması ilə nəticələnib.

“South China Morning Post” nəşrinin məlumatına görə, texnologiya yeni deyil. Belə ki, 2017-ci ildə Stenford Universitetinin aspirantı Amarcot Sinqh və onun qrupu tərəfindən maskalı sifətlərin identifikasiyası üzrə tədqiqat dərc edilib. Onların alqoritmi eynəkli, saxta saqqallı, şərf və şlyapa taxan insanların tanınmasında irəliləyiş olub.

“Süni intellekt insan sifətində bir neçə əsas nöqtəni müəyyənləşdirir və onları birləşdirməklə şəxsi identifikasiya edir və bu, insan üçün xarakterik olan unikal imzanı yaradır”, – aspirant qeyd edib. Lakin bu süni intellekt modifikasiyası üçün maska taxan insanda açıq olan digər əsas nöqtələrdən istifadə olunub. A.Sinqh tərəfindən hazırlanan sistem yalnız göz və burun ətrafında əsas nöqtələrə əsasən maskalı insanları tanıyır.

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv