Çində zavod partladı: 2 nəfər öldü, 24 nəfər yaralandı

Çinin Tzilin əyalətində maşınqayırma zavodunda partlayış baş verib.

Yenicag.az xəbər verir ki, yerli vaxtla saat 23:40-da baş verən partlayış nəticəsində 2 nəfər həlak olub.

Daha 24 nəfərin xəsarət aldığı bildirilir.

Partlayışdan sonra zavodda yanğın başalyıb.

Hazırda hadisə yerində 220-dən artıq yanğınsöndürən, 150 polis əməkdaşı və 80-dən artıq həkim işləyir.