Çinin Siçuan əyalətində 7 bal gücündə zəlzələ olub.
Yenicag.Az “RİA Novosti”yə istinadən xəbərə verir ki, zəlzələ nəticəsində 12 nəfər ölüb, 175 nəfər xəsarət alıb. Yaralılardan 28-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerli vaxtla 21:19-da (Bakı vaxtı ilə 17:19) qeydə alınan təkanlar yer səthindən 8 km dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlar 20 mindən çox evə ziyan vurub.