Çində zəlzələ: Ölənlər və yaralılar var

Çinin cənub-qərbində Yunnan əyalətində baş vermiş yeraltı təkanlar nəticəsində azı 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, hazırda qurbanların sayı barədə məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, axşam saatlarında 100 min sakinin yaşadığı Dali-Bai Muxtar Dairəsində 5.6 – 6.4 bal gücündə fasilələrlə təkanlar qeydə alınıb. Zəlzələnin ocağı, təxminən 8 km dərinlikdə olub.