Çindən ABŞ-yə Tayvan XƏBƏRDARLIĞI

Rəsmi Pekin Vaşinqtona xəbərdarlıq edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi Pekin ABŞ-nin Tayvanı istifadə edərək Çini idarəsi altına alma cəhdlərinin xəta olduğunu bildirib.

Bununla bağlı Çinin xarici işlər naziri Van İ telefon danışığı zamanı amerikalı həmkarı Entoni Blinkenə xəbərdarlıq edib.

Nazir Vaşinqton tərəfinin rəqabətcil addımlarının münaqişəyə çevrilə biləcəyini xüsusilə vurğulayıb.