Çindən bəla azalmır – Yeni virusa kütləvi yoluxma qeydə alınıb – VİDEO

Yeni növ koronavirusun ortaya çıxdığı Çində bu dəfə 3 mindən çox insan bakterial xəstəliyə yoluxub.

Yenicag.az xəbər verir ki, Çinin Lanjau şəhərindəki heyvanlar üçün peyvənd istehsal edən dövlətə məxsus biolaboratoriyada sızma nəticəsində 3 min 245 nəfər bakterial xəstəliyə tutulub.

Şəhərin səhiyyə işçiləri tərəfindən 22 min nəfərdən analiz götürüldüyü, onlardan 1 401 nəfərdə xəstəlik aşkarlandığı bildirilir. Yeni virusun, əsasən, donuzlar və başqa ev heyvanları tərəfindən yayıldığı qeyd olunur.

Xəstəliyin yayılmasından sonra sözügedən müəssisənin lienziyası artıq ləğv edilib.