!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çindən İran həmləsi: 400 milyard dollarlıq yatırım

!Reklam – Yazi

Çin İranın ABŞ tərəfindən investisiya alan sektorlarına 280 milyard dollarlıq yatırım edəcək.

Həmçinin Çinin İranın sənaye infrastrukturuna da 120 milyard dollarlıq bir investisiya edəcəyi gözlənilir.

Yenicag.az “Petroleum Economist” jurnalına istinadən xəbər verir ki, bu investisiyalar Çinlə İran arasında imzalanan yeni bir müqavilə əsasında gerçəkləşəcək. Eyni xəbərdə investisiyaların müqavilənin qüvvəyə mindiyi tarixədən 5 il ərzində tamamlanacağı deyilir. Hər iki ölkənin razı olduğu təqdirdə əlavə məlumatlar paylaşılacaq.

İnvestisiya qarşılığında İran Çin şirkətlərinə neft, qaz və neft-kimya məhsullarının yeni, dondurulmuş və ya yarımçıq qalmış layihələrinin tenderlərində iştirak etmək üstünlüyü verəcək. Təxminən 5 min Çinli təhlükəsizlik səlahiyyətlisinin layihənin qorunma səbəbi ilə İrana göndərilməsi lazım olduğunu da bildirilib.

Həmin təhlükəsizlik gücləri İrandan Çinə körfəz vasitəsilə göndəriləcək məhsulların təhlükəsiz keçidini təmin edəcək.

Razılaşmaya əsasən, Çin İrandan neft, qaz və neft-kimya məhsullarına 32 faiz endirim alacaq.

Asli İsmayılzade

www.yenicag.az

7281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv