Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Çindən Kanadaya XƏBƏRDARLIQ - Səfir XİN-ə çağırıldı

Kanadanın Pekindəki səfiri Con Makkallum “Huawei” şirkətinin maliyyə direktoru xanım Menq Vanzhounun Vankuverdə saxlanılması ilə əlaqədar Çinin Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az xəbər verir ki, nazir müavini Le Yuçen məsələ ilə bağlı ölkəsinin rəsmi etirazını Kanada səfirinə bildirib.

“Huavei” şirkətinin maliyyə direktorunun dərhal sərbəst buraxılmasını tələb edən Çin rəsmisi, əks halda Kanadanın ağır nəticələrlə üz-üzə qalacağını səfirin diqqətinə çatdırıb.

Qeyd edək ki, “Huawei”in maliyyə məsələləri üzrə direktoru və şirkətin təsisçisi Jen Cenfeyin qızı Menq Vanzhou dekabrın 1-də ABŞ-ın istəyi ilə Kanadada saxlanılıb. Çin tərəfi buna etirazını bildirib.

www.yenicag.az

995
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM