Çindən Rusiyaya qarşı gözlənilməz addım

Bir çox Çin bankı ödəniş sənədlərində rus adları göstərildiyi təqdirdə ödənişləri emal etməkdən imtina edir.

Yenicag.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

“Oxşar hallar iyulun ortalarında qeydə alınmağa başlayıb. Ödəniş sənədlərindəki rus adları, Rusiya ilə hər hansı əlaqə, hətta bəzən kiril əlifbası ilə yazılmış yazılar ödənişin ləğvi üçün əsas olur. Bu baxımdan idxalçılar Rusiya ilə görünən əlaqə olmaması məqsədilə üçüncü şəxslər vasitəsilə əməliyyatlar üçün sənədlər hazırlamağa məcbur olurlar”, – məlumatda deyilir.

Qeyd edək ki, “Röyters” də Çinin dövlət banklarının Rusiya ilə əməliyyatları kütləvi şəkildə dayandırdığı və milyardlarla yuan ödənişləri gecikdirdiyini açıqlamışdı./axar.az

COP29