Azərbaycan vətəndaşlarının Çinin Uxan şəhərindən Türkiyəyə təxliyə edilməsi ilə bağlı proses nəzarət altındadır.
Yenicag.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığı əsasında bütün lazımi işlər görülür. Təxliyə olunan vətəndaşlarımız könüllü əsasda 2 həftə ərzində Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaq, daha sonra Azərbaycana göndəriləcək.
Qeyd edək ki, təxliyə üçün ayrılan təyyarə fevralın 1-də axşam saatlarında Ankaraya çatacaq.