2022-ci ilin yanvar-noyabr aylarında Çindən Türk limanlarına 10 milyon 727 min 221 ton yük daşınıb.
Yenicag.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Çindən limanlara 42 min 314 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 10 milyon 458 min 164 ton yük çatdırıb.
Bu müddət ərzində Çin bayraqlı gəmilərlə Türkiyə limanlarına 225 min 743 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarına Çindən 2 milyon 353 min 146 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Türkiyə limanları 31 milyon 162 min 78 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 51 min 989 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 110 min 89 ton olub.
Bununla yanaşı, 2022-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 758 min 108 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanları 361 milyon 981 min 446 ton yük qəbul edib.
2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 796 min 23 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 185 min 423 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 73 milyon 758 min 393 ton transit yük daşınıb.