Çinə gedən “İnterpol”un rəhbəri itkin düşdü – YENİLƏNDİ

“İnterpol”un itkin düşdüyü bildirilən rəhbəri Men Xunveyin Çində saxlanılıb.

Verilən məlumata görə o, istintaq altındadır.

Saxlanılmasının səbəbi açıqlanmayıb.

***

15:10

Fransa polisi “İnterpol”un rəisi Men Xunveyanın itkin düşməsi faktı üzrə araşdırma başlayıb.

Yenicag.az xəbər verir ki, o, bu il sentyabrın 29-da Çinə səfər edib.

Elə həmin tarixdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb./Report/