“CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
Yenicag.az xəbər verir ki, bu məqsədlə “CinemaPlus” tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayrılıb.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasında məqsəd Azərbaycanda COVID-19 virusunun yayılmasının qarşısını almaq və onunla mübarizə aparmaq üçün yönəlmiş tədbirlərə maliyyə dəstəyinin göstərilməsidir.