Xalq yazıçısı Çingiz Abdullayevin səhhətində yaranan problemin qida qəbulundan olması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xalq yazıçısının qidadan zəhərlənmə xəbərini təkzib edib:
“Bəzi media səhifələrində Xalq yazıçısı Çingiz Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar agentlik tərəfindən müvafiq qaydada araşdırılıb. Araşdırmalar nəticəsində müəyyən olunub ki, Xalq yazıçısının səhhətində yaranan problem qida qəbulu ilə əlaqəli deyil. Bununla bağlı yayılan xəbərləri təkzib edir və bildiririk ki, rəsmi qurumla dəqiqləşdirilmədən bu cür məlumatların yayılması yolverilməzdir”.
***
10:08
“Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq”.
Bu barədə “Report”a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.
Onun sözlərinə görə, Xalq yazıçısının durumu yaxşıdır.
Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılıb. Xalq yazıçısı səhhətində problem yarandığından yenidən hospitala yerləşdirilib.