Uzun illərdir küsülü olan Əməkdar artistlər Çingiz Əhmədovla və Nahidə Orucova barışıb.
Yenicag.az xəbər verir ki, sənətçilər “Təsir dairəsi” verilişində qonaq olublar.
Verilişin əməkdaşları bir neçə gün əvvəl əməliyyat olunan Ç.Əhmədov xəstəxanadan çıxarkən onu ziyarətə gedib. Aktrisa Nahidə Orucova həmkarını ziyarət edib.
Qeyd edək ki, səhnədə dəfələrlə tərəf müqabili olan həmkarlar uzun illər küsülü olub. Barışan sənətçilər incikliyin səbəbi barədə açıqlama verməyiblər.
Cəvahir