“Verilişlərə getmirəm. Çünki aparıcılar nə danışdıqlarını bilmirlər. 40 illik aparıcılıq təcrübəm var. Televiziya aparıcılığı başqadır, gərək sözünə yiyə çıxasan. Danışdın, uçub gedir”.
Yenicag.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov verilişlərin birində deyib. Aktyor verilişlərə getməməsindən danışıb.
Ç.Əhmədov “Kinoklub”u bərpa etmək istəyirəm. Bu haqda düşünürəm” , – deyə əlavə edib.