Çingiz Əlləzov erməni rəqibinə qalib gəldi

Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya “Qran-pri”sinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov “ONE Fight Night 13”də növbəti döyüşünə çıxıb.

Yenicag.az xəbər verir ki, o, Taylandın paytaxtı Banqkokda Ermənistan idmançısı Marat Qriqoryanla qarşılaşıb.

5 raundluq mübarizənin sonunda hakimlərin qərarı ilə Ç.Əlləzov qalib elan olunub və One Championship təşkilatının kəmərini qoruyub.