!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çingiz Mustafayev adına Fond mükafatlandırdı - "Yenicag.az" qaliblər sırasında- FOTOLAR

!Reklam – Yazi

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond tərəfindən “Çingiz Mustafayev və Azərbaycanda hərbi jurnalistika” mövzusunda keçirilən yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə Çingiz Mustafayev adına Fondun prezidenti Fuad Mustafayev, ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə çıxışlara söz verilib. Çıxış edən hər kəs Milli Qəhrəmanın həyat yolundan, onun müstəqillik uğrunda apardığı mübarizədən, Qarabağ müharibəsi zamanı göstərdiyi şücaətdən danışıb.

Çıxışlardan sonra mükafatlandırma mərasimi baş tutub.

Birinci yerə “Təzadlar” qəzetinin müxbiri Elçin Məmmədli layiq görülüb. Onun müsabiqəyə təqdim etdiyi “Öz ölümünü çəkən jurnalist” başlıqlı yazısı ən yaxşı seçilib.

“Cümhuriyyət” qəzetinin və “cebhe.info” portalının redaktoru Elnarə Kərimovanın “Üzünü göstər, Azərbaycan” yazısı isə ikinci seçilib.

Mükafatçılar sırasında Yenicag.az saytının əməkdaşı da olub. Belə ki, müxbir Emin Səfərovun qələmə aldığı “Böyüyün sözünə qulaq asmayıb, Milli Qəhrəman olan adam” yazısı üçüncü olub.

Qaliblərə qiymətli hədiyyələr və diplomlar verildiyi tədbirdə 3 nəfərə də həvəsləndirici mükafatlar təqdim olunub.

www.yenicag.az

2172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv